Müğənni Beyons turnesi çərçivəsində qızı Blu və Rumi ilə səhnəyə çıxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Beyons və Cey Zi-nin kiçik qızı İnqlvudda səhnəyə çıxmışdı. 7 yaşlı Rumi Kovboy Karter turu çərçivəsində anasının verilişində iştirak edib.
Tamaşaçıların qarşısına 13 yaşlı Blu Ayvi də çıxıb. Ana və qızların birgə çıxışı pərəstişkarlarını təsirləndirib. Onların çıxışından sonra müğənninin övladları ilə birgə görüntüləri ekrana çıxıb.