Hindistan öz hava məkanını Pakistan daşıyıcılarının üzünə bağlamağı və Pakistan gəmilərinin Hindistan limanlarına çıxışını qadağan etməyi düşünür.
Ucnoqta.az xəbər verir ki, bu barədə Economic Times qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin qeyd edir ki, bu halda Pakistan Cənub-Şərqi Asiyada istiqamətlərə çatmaq üçün Çin və ya Şri-Lankadan keçən təyyarələrin marşrutunu dəyişməli olacaq.
Dövlətə məxsus Pakistan Beynəlxalq Hava Yolları (PIA) Sinqapur və Tailandla yanaşı, Kuala Lumpur və Malayziyanın digər şəhərləri də daxil olmaqla dünyanın bu hissəsindəki bir neçə istiqamətə daxil olmaq üçün Hindistanın hava məkanından istifadə edir.
Pakistan bir neçə gün əvvəl Hindistan birliyi ərazisindəki Cammu və Kəşmirin məşhur turistik şəhəri Pahalqamda aprelin 22-də baş verən terror aktından sonra ölkələr arasında gərginliyin artması fonunda hava məkanını Hindistana bağlamışdı.