ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə Qırmızı dənizə düşüb

00:09 - 29 Aprel 2025 - DÜNYA

Amerikanın USS Harry S. Truman təyyarədaşıyan gəmisinin göyərtəsində olan döyüş təyyarəsi yedəklənərkən Qırmızı dənizə düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.

"F/A-18E-ni anqarda yedəyə aparan zaman ekipaj təyyarəyə nəzarəti itirib. Təyyarə və traktor gəminin üzərinə düşüb", - məlumatda deyilir.
Ekipaj üzvlərindən birinin yüngül xəsarət aldığı qeyd edilir.

Hərbi Dəniz Qüvvələri hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb. Məlumatda vurğulandığı kimi, aviadaşıyıcıların zərbə qrupu və onun hava qanadı tam döyüş hazırlığını qoruyub.

Xəbər xətti