Hindistandan BBC-yə etiraz

11:24 - 28 Aprel 2025 - DÜNYA

Hindistan hökuməti BBC-nin Kəşmirdə hücum zamanı 26 nəfərin ölümünə səbəb olan terrorçuları təsvir etmək üçün neytral "döyüşçülər" ifadəsindən istifadə etməsinə rəsmi etiraz edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Qeyd olunur ki, BBC-nin gələcək reportajları izləniləcək.

Hindistan hökuməti YouTube videohostinq saytında Pakistanın 16 kanalını bloklayıb.
"Dawn News", "Samaa TV", "Ary News", "Geo News" daxil olmaqla bloklanan kanalların ümumi auditoriyası 63 milyon nəfərdən çoxdur. Onların bloklanması Hindistan Daxili İşlər Nazirliyinin tövsiyəsi əsasında həyata keçirilib, hansı ki, onlar Hindistana, ordusuna və təhlükəsizlik qurumlarına qarşı təxribat xarakterli məzmun, habelə yalan və çaşdırıcı material və dezinformasiya yayırlar.

Xəbər xətti