Rəsmən Qlobal Cənub QHT Platformasının təsis edildiyini elan edirəm.
Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli QHT Formunun sədri Ramil İskəndərli Qlobal Cənub QHT Platformasının təsis konfransında çıxışı zamanı deyib.
O, Prezident İlham Əliyevə konfransda səsləndirdiyi ismarıc üçün təşəkkür edib: “Bu ideya COP29-dan qaynaqlandı. Azərbaycan Milli QHT Formunun təşəbbüsü ilə baş tutan bu konfrans sadəcə dialoqlar üçün deyil. Potensialımız birmənalı şəkildə dəyərləndirilməlidir. Qlobal Cənub eyni çətinliklərdən əziyyət çəkən insanların platformasıdır. Ədalətsizlik, müstəmləkəçilik, qeyri-bərabərliyə baxmayaraq, dünyanın hər yerində minllərlə QHT var, fəallar var. Biz çiyin-çiyinə verib bu layihəni həyata keçiririk. Birlikdə dünyanı daha ədalətli, parlaq bir yerə çevirəcəyik. Bizim bilik və təcrübəmiz dünyanın siyasi həyatında müstəsna yer tutacaq. Dünyada ədaləti bərqərar etmək naminə çalışan qlobal bir hərəkat yaradırıq”.