Trampın 100 günü - reytinqi rekord həddə düşüb

08:25 - 28 Aprel 2025 - DÜNYA

Donald Trampın 100 günlük prezidentlik vəzifəsindənn sonra son 80 ildə Amerika liderləri arasında ən aşağı reytinqə sahibdir.

Ucnoqta.az xəbər verir ki, bu ABC News, Washington Post və Ipsos-un keçirdiyi sorğuya əsasən məlum olub.

Araşdırmaya görə, respondentlərin yalnız 39%-i Trampın ölkəni idarə etmə tərzini bəyənir, 55%-i isə prezidentin fəaliyyətindən narazı olduğunu bildirib. Xüsusilə, bir çox respondent iqtisadiyyatın vəziyyətindən narahatdır: 73% onun pis vəziyyətdə olduğuna inanır.

Belə ki, respondentlərin 71%-i qiymət artımına səbəb kimi Trampın tətbiq etdiyi idxal rüsumlarını göstərir. Respondentlərin yalnız 31%-i ABŞ prezidentinin iqtisadiyyatın uzunmüddətli perspektivdə daha möhkəm təmələ malik olacağına dair arqumenti ilə razıdır.

Sorğu iştirakçılarının əksəriyyəti – 58%-i hesab edir ki, dövlət başçısının hökumətin ölçüsünü və rolunu azaltmaq cəhdləri həddindən artıqdır, 56%-i onun səlahiyyətlərini əsassız olaraq aşdığını iddia edir, 55%-i Tramp administrasiyasının vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı öhdəliklərinə şübhə ilə yanaşır.

Eyni zamanda respondentlərin 67%-i vətəndaşlığın doğum hüququ ilə ləğv edilməsinə, 66%-i Təhsil Nazirliyinin bağlanmasına qarşı çıxıb.

Beynəlxalq münasibətlərə gəlincə, respondentlərin 49%-i hesab edir ki, Tramp dünyada ABŞ liderliyini gücləndirməkdənsə, zəiflədib. Eyni zamanda respondentlərin 34%-i onun siyasətini dəstəkləyir.

Xəbər xətti