Dietoloq ürək sağlamlığı və uzunömürlülük üçün ən yaxşı 5 qidanın adını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, dietoloq Nuriyyə Dianova ürək-damar sisteminə faydalı təsir göstərən məhsullar, o cümlədən üzüm, tut, kişmiş və tünd şokoladdan danışıb. Həkim həmçinin giləmeyvə və fıstıqları da unutmamağı tövsiyə edir.
O, aif.ru ilə söhbətində qeyd edib ki, tərkibində resveratrol olduğuna görə qırmızı üzüm belə qiymətli məhsullardan biridir. Dianova qurudulmuş formada istehlak edilməsinə üstünlük verilən tut və kişmişi də qeyd edib.
O, həmçinin antioksidant tərkibi ilə məşhur olan tünd şokoladın, həmçinin bitki zülalları, vitaminlər və mikroelementlərin faydalarına diqqət çəkib. Bundan əlavə, mütəxəssis ürəyə faydalı qidalar kimi qırmızı qarağat, böyürtkən, qaragilə və yerfıstığına da xüsusi diqqət yetirməyi tövsiyə edib.