Şərur rayonunda 36 yaşlı kişini elektrik cərəyanı vurub.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Yaycı kəndində qeydə alınıb.
Kənd sakini, 1989-cu il təvəllüdlü Əliyev Rahib Valeh oğlu elektrik cərəyanının vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.