Aİ ABŞ-a qarşı tarifləri 90 gün müddətinə dondurur

14:36 - 10 Aprel 2025 - İQTİSADİYYAT

Avropa İttifaqı (Aİ) ABŞ-a qarşı yeni tariflər hazırlamağa davam edəcək, lakin "danışıqlara şans vermək" üçün onları 90 gün müddətinə dondurur, lakin danışıqlar uğursuz olarsa, tariflər tətbiq ediləcək

Ucnoqta.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen X-də yazıb.

"Prezident Trampın açıqlamasını nəzərə aldıq. Danışıqlara şans vermək istəyirik. Aİ ölkələrindən güclü dəstək alan əks tədbirlərimizi yekunlaşdırmağa davam edirik, lakin biz onları 90 gün müddətinə dondururuq. Danışıqlar qənaətbəxş nəticə verməsə, tariflər tətbiq olunacaq", - o yazıb

Xəbər xətti