ABŞ-ın keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama sosial şəbəkələrdə və mediada yayılan boşanma şayiələrinə ilk dəfə münasibət bildirib və bu cür spekulyasiyalara təəccübləndiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Mişel Obama Work in Progress podkastında qeyd edib ki, o, çoxdan vaxtını idarə etmək azadlığına sahib olmaq istəyirdi, lakin o, birinci xanım olanda və sonrakı illərdə ictimai həyatında belə imkana malik deyildi.
Bundan əlavə, daha əvvəl bir tədbiri qaçırmaq istədikdə, o, azyaşlı uşaqlara qayğı göstərmək ehtiyacını əsas gətirə bilərdi, lakin indi hər iki qız artıq yetkindirlər və valideynlərindən ayrı yaşayırlar. Eks-prezidentin həyat yoldaşı qeyd edib ki, o, indi müstəqil şəkildə qərar qəbul edə bilir.
"Məsələ ondadır ki, qadınlar olaraq biz başqalarını məyus etməkdən qorxuruq. Və iş o yerə çatır ki, bu il insanlar mənim öz qərarlarımı verdiyimi təsəvvür belə edə bilmirdilər, ona görə də ərimlə mənim boşandığımızı fikirləşməli oldular", - CNN podkastdan sitat gətirib.
Eks-prezidentin həyat yoldaşı ictimai fəaliyyətlə məşğul olmaqda davam etdiyini, lakin bunları şəxsi işləri ilə, xüsusən də idmanla birləşdirdiyini vurğulayıb.///tass