Dominikanda gecə klubunun çökməsi nəticəsində ölənlərin sayı artıb

08:25 - 10 Aprel 2025 - DÜNYA

Santo Dominqoda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dominikan qəzeti “Diario Libre” məlumat yayıb.

Dominikan Respublikasının Fövqəladə Hallar Xidmətinin rəhbəri Xuan Manuel Mendez hadisə yerində axtarış-xilasetmə işlərinin dayandırıldığı barədə məlumatı təkzib edib. Mendez son qurban tapılana qədər davam edəcəklərini vurğulayıb.

Xəbər xətti