Ordumuzun mövqeləri atəşə tutulub - MN

08:17 - 10 Aprel 2025 - Xəbər

Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Ucnoqta.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Xəbər xətti