Yaponiya hərbi təlimlər keçirəcək

07:57 - 10 Aprel 2025 - DÜNYA

Yaponiya Özünümüdafiə Qüvvələri 2025-ci ilin yayında Rusiya ilə qonşu olan Hokkaydo prefekturasındakı Şizunai poliqonunda gəmi əleyhinə raketlərlə hərbi təlimləri keçirməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, NHK telekanalının məlumatına görə, bu, Yaponiyada ilk belə atışma olacaq.

Təlimdə Quru Özünümüdafiə Qüvvələrinin Tip 88 yer-gəmi raketlərindən istifadə olunacaq.

Xəbər xətti