Maskın işdən çıxarılması üçün kampaniya başladı

07:36 - 10 Aprel 2025 - DÜNYA

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı bir qrup demokrat biznesmen İlon Maskın prezident Donald Tramp administrasiyasından uzaqlaşdırılması üçün kampaniyaya başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

“Biz sizin administrasiyanızdan Maskın mayın 30-na kimi istefa verəcəyini və qanunun tələb etdiyi kimi bütün qərar vermə səlahiyyətlərini təhvil verəcəyini açıq şəkildə bildirən dərhal ictimaiyyətə açıqlama tələb edirik”, – Demokratlar Trampa məktubda bildiriblər.

Qeyd olunur ki, məktubu 77 demokrat qanunverici imzalayıb.

Xəbər xətti