Londonun ICE birjasında 2025-ci ilin iyun ayında çatdırılacaq Brent markalı neftin fyuçerslərinin qiyməti ABŞ Prezidenti Donald Trampın bir sıra ölkələrə qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarının 90 gün müddətinə dayandırıldığını elan etməsindən sonra kəskin bahalaşıb.
Ucnoqta.az xəbər verir ki, birja məlumatlarına əsasən, Brent markalı neftin qiyməti bir barel üçün 64,15 dollara (+4,11%) ticarət edildi. Həmçinin, 2025-ci ilin mayında WTI fyuçersləri isə 6,78% artaraq bir barel üçün 60,95 dollar olub.
Eyni zamanda, Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin iyun ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 3,2% artaraq 1 troy unsiyası üçün 3 085,8 dollar təşkil edib.