Parisdə saxlanılan Rusiya XİN-nin əməkdaşının şəxsi əşyaları qaytarılıb

19:45 - 9 Aprel 2025 - DÜNYA

Fransa polisi Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşının Ruassi-Şarl de Qoll hava limanında saxlandığı zaman ondan müsadirə edilmiş şəxsi əşyalarını geri qaytarıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Fransadakı səfirliyi məlumat verib.

Diplomatik nümayəndəlikdən verilən məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşının Parisin Şarl de Qoll hava limanında Fransa sərhəd polisi tərəfindən saxlanılmasından sonra ilk dəqiqələrdən səfirlik onun azad edilməsi, hüquq və mənafelərinin müdafiəsi üçün bütün lazımi addımları atıb.
 Polis onun şəxsi əşyalarını qaytarıb və o, Rusiya konsulunun müşayiəti ilə hava limanını tərk edib.

Xəbər xətti