ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 2,6 milyon barel artaraq 4 aprel 2025-ci il tarixinə 442,3 milyon barel təşkil edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, ehtiyatların hazırkı həcmi ilin bu dövrü üçün beşillik orta göstəricidən 5% azdır.
Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 3,02% ucuzlaşaraq 59,76 dollar/barelə, WTI markalı neftin may fyuçerslərinin qiyməti isə 0,93% ucuzlaşaraq barelə görə 56,55 dollar olub.