Gələn həftə Azərbaycanda istilik mövsümü bitəcək.
Ucnoqta.az xəbər verir ki, aprelin 15-dən etibarən abunəçilərin istilik təchizatı dayandırılacaq.
Hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də başa çatır.
Qeyd edək ki, ölkə üzrə 9 dağlıq və dağətəyi rayonda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) mövsüm may ayının 1-də yekunlaşacaq.