Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
Həmçinin azyaşlının anasına CM-nin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır:
Ağazadə azyaşlıını reabilitasiyaya cəlb ediləcəyini və sığınacağa yerləşdiriləcəyini qeyd edib.