İsrail Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağında 45 radikal hərbi obyektə zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Qəzza zolağında terror təşkilatları üçün silah istehsal edən sexə, raketlərin buraxılmağa hazır olduğu raket meydançasına, hərbi binalara, silah anbarlarına və terrorçu birləşmələrə zərbələr endirilib.