Aprelin 10-da Rusiyanın İstanbuldakı Baş Konsulluğunda Rusiya və ABŞ nümayəndə heyətlərinin məsləhətləşmələrinin ikinci raundu keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın diplomatik nümayəndəliyindən məlumat verilib.
“Rusiya-Amerika məsləhətləşmələri Rusiyanın İstanbuldakı Baş Konsulluğunda keçiriləcək”, - agentliyin həmsöhbəti bildirib.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bundan əvvəl məlumat vermişdi ki, məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.