Britaniya və Fransa öz silahlı qüvvələrini Rusiyaya qarşı döyüş meydanına göndərmək fikrindədir.
Ucnoqta.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “TASS Children” layihəsinə müsahibəsində deyib.
"Onlar Zelenskiyə tam qələbə çalana qədər, Rusiyanın döyüş meydanında strateji məğlubiyyətə uğramasına qədər silahları vurmaqla başladılar. İndi isə bunun nəticə vermədiyini başa düşəndə, artıq silahlı qüvvələrini döyüş meydanına göndərməkdən danışırlar. Əvvəla, fransızlar və ingilislər buna sadəcə olaraq aludə olublar", - o deyib.
"Ancaq ümid edirəm ki, heç də hamı tarixin dərslərini unutmayıb. Bir çox liderlər, avropalılar və onların sayı getdikcə daha çoxdur, bu cür növbəti cəhdin dalana dirəndiyini və fəlakətli mahiyyətini anlamağa başlayır. Əminəm ki, seçicilər yenidən seçkiyə gedəndə öz seçimlərini edəcəklər", - Lavrov qeyd edib.