Bakıda orta aylıq əməkhaqqı 1330 manatı ötüb

15:01 - 8 Aprel 2025 - Xəbər

2025-ci ilin yanvar ayında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2% artaraq 1332,6 manat təşkil edib.

Bu barədə Ucnoqta.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında Azərbaycanda iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,8% artaraq 1062,9 manat olub.

Xəbər xətti