İranın nüvə sazişi ilə bağlı vəziyyət Qərbin mövqeyinə görə pisləşir - Zaxarova

14:27 - 8 Aprel 2025 - DÜNYA

Qərbin qeyri-konstruktiv mövqeyi ucbatından Yaxın Şərqdə və İranın nüvə proqramı ətrafında vəziyyət getdikcə pisləşir.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Yaxın Şərqdəki vəziyyət, İranın nüvə proqramı ətrafında vəziyyət uzun illərdir ki, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və təəssüf ki, vəziyyət sabitləşmir. Qərbin qeyri-konstruktiv mövqeyi ucbatından vəziyyət getdikcə pisləşir, pisləşir və pisləşir", - diplomat bildirib.

O xatırladıb ki, Rusiya, Çin və İran Moskvada İranın nüvə proqramı ilə bağlı məsləhətləşmələr aparacaq.
///tass

Xəbər xətti