Çin ABŞ-ın yeni tariflərin tətbiqi ilə bağlı təhdidlərini iqtisadi hədə adlandırıb

08:30 - 8 Aprel 2025 - DÜNYA

ABŞ administrasiyasının yeni tariflərlə hədələmələri iqtisadi hədə-qorxu taktikasının tipik nümunəsidir.

Ucnoqta.az xəbər verir ki, bunu TASS-a Çinin Amerika paytaxtındakı səfirliyinin mətbuat katibi Liu Penqyu ABŞ prezidenti Donald Trampın Çinə qarşı yeni idxal tarifləri tətbiq etmək hədəsini şərh edərkən deyib.

“ABŞ-ın qarşılıqlılıq adı tutur altında hegemon hərəkəti digər ölkələrin qanuni maraqları bahasına öz eqoist maraqlarına nail olmağa xidmət edir və “Birinci növbədə Amerika”nı beynəlxalq qaydalardan üstün tutur”, - diplomat bildirib.
"Bu, birtərəfli hərəkətlərin, proteksionizmin və iqtisadi hədə-qorxuların tipik təzahürüdür", - o vurğulayıb.

"Açıq əməkdaşlıq tarixi tendensiyadır və insanların istədiyi qarşılıqlı faydadır. İnkişaf bir neçə ölkənin müstəsna imtiyazı deyil, bütün ölkələrin universal hüququdur", - o əlavə edib.

Xəbər xətti