Goranboy rayonunun Qazanbulaq qəsəbəsi qaz borusunda yaranan sızma səbəbindən qazsız qalıb.
Ucnoqta.az-ın məlumatına görə, ötən axşam saatlarından qəsəbədə olan 189 abonentə təbii qazın verilməsində fasilə yaranıb.
Buna səbəb Borsunlu kəndində tullantıların toplanan ərazidə baş verən yanğın nəticəsində, 110 mm-lik polietilen boruda yaranan qaz sızması olub.
Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür. İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.