Moskvada yük maşını metroya girdi

08:27 - 7 Aprel 2025 - HADİSƏ

Moskvada “Qazel” markalı yük avtomobili Kutuzovski prospektindəki “Park Pobedy” metro stansiyasının da girişi olan yeraltı keçidə daxil olub

Ucnoqta.az-ın məlumatına görə, bu barədə TASS xəbər verir.

 Qəzaya görə metronun girişi bağlanıb.

İlkin ehtimal olaraq, sürücünün sükan arxasında yuxuladığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti