İran ABŞ-la yalnız nüvə proqramı ilə bağlı danışıqlar aparacaq

19:03 - 6 Aprel 2025 - DÜNYA

İran ABŞ-la danışıqlar zamanı nüvə proqramından başqa heç nə müzakirə etməyəcək.

Ucnoqta.az xəbər verir ki, bunu İran parlamentinin vitse-spikeri Həmid-Rza Hacı Babaei Omanın Məşvərət Şurasının sədri Xalid Əl-Məvali ilə görüşündə deyib.

"ABŞ ilə dolayı danışıqlar aparmaq qərarı bu ölkənin təqiblərinə cavabdır. Digər tərəfdən, indiki şəraitdə biz yalnız nüvə proqramı ilə bağlı danışıqlar aparmağa hazırıq, qalanının heç bir əhəmiyyəti yoxdur", - ISNA agentliyi yazıb.

Hacı Babaei əlavə edib ki, Tehran Vaşinqtonla Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə öhdəliklərini yerinə yetirməməsi, həmçinin daimi təhdid və sanksiyalar səbəbindən birbaşa danışıqlardan imtina edib.

Xəbər xətti