Avropa İttifaqı silahlanma dövrünə qədəm qoyub və Londonda keçirilən sammitdə Aİ ölkələri silah istehsalına xərcləri artırmağa hazır olduqlarını bəyan ediblər.
Ucnoqta.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə mətbuata yaxınlaşarkən deyib.
“Biz silahlanma dövrünə qədəm qoyduq.Avropa isə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa hazırdır. Qısa müddətli hərəkətə keçmək və Ukraynanı dəstəkləmək zərurətinə cavab vermək, eyni zamanda öz Avropa təhlükəsizliyimiz üçün daha çox məsuliyyət daşımaq üçün uzunmüddətli ehtiyacı həll etmək” - Aİ rəhbəri bildirib.