Yevlaxda 84 yaşlı qadının meyiti tapılıb.
Ucnoqta.az xəbər verir ki, tapılan qadın meyti köhnə internat məktəbinin binasında aşkar edilib.
Meyitin Yevlax rayon sakini 1941-ci il təvəllüdlü Quliyeva Narınc Hüseyn qızı olduğu müəyyən edilib. İlkin müayinə zamanı onun infarkt keçirməsi nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.