Məhkəmə Trampın bu sərəncamını blokladı

10:24 - 6 Fevral 2025 - DÜNYA

Merilend ştatının federal hakimi prezident Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını qeyri-müəyyən müddətə bloklayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Washington Post (WP) məlumat yayıb.

Məlumata görə, hakim bir sıra insan haqları təşkilatlarının ABŞ prezidentinin sərəncamını ləğv etmək cəhdi ilə bağlı qaldırdığı iddia üzrə dinləmədən sonra müvəqqəti qərar qəbul edib.
Hakimin sözlərinə görə, sərəncam “ABŞ Konstitusiyasına 14-cü Düzəlişin mətninə birbaşa ziddir”.
Daimi qadağa bütün ölkəyə şamil edilir və iş baxılana qədər və ya yuxarı məhkəmə onu qaldırana qədər qüvvədə qalacaq.

Xəbər xətti