Ucarda 9-cu sinif şagirdi sinif yoldaşını bıçaqlayıb

10:22 - 6 Fevral 2025 - ÖLKƏ İÇİ

Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yolıdaşına bıçaqla xəsarətlər yetirib.

Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.

Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.

Xəbər xətti