Etirazçılar Banqladeşin ilk prezidenti, keçmiş baş nazir (2009-2024) Şeyx Hasinanın atası Mucibur Rəhmanın (1920-1975) Dəkkdəki evini dağıdıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Prothomalo” xəbər portalı məlumat yayıb.
Məlumata görə, tələbə hərəkatının üzvləri də daxil olmaqla bir qrup fəal sosial şəbəkələrdə Şeyx Hasinanın çıxışının virtual formatda orada yayımlanacağını elan etdikdən sonra “millət atası”nın iqamətgahına yürüş təşkil edib.
Nümayişçilər diktatura, faşizm və keçmiş baş nazirin Avami Liqası partiyasına qarşı şüarlar səsləndiriblər.
Portalın məlumatına görə, bir neçə min insan Rəhmanın Dəkkədəki iqamətgahı qarşısında toplaşıb.
Bir qrup nümayişçi binaya daxil olaraq onu yandırıblar.