Kağız dərman reseptləri ləğv ediləcək

18:19 - 5 Fevral 2025 - Cəmiyyət

Kağız reseptlərdən istifadə zamanla tamamilə aradan qaldırılacaq.

Ucnoqta.az apa-ya istinadla xəbər verir ki, bunu Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəsssisi Sevinc Məhərrəmova deyib.

O qeyd edib ki, ölkə üzrə bütün tibb müəssisələrində elektron resept tətbiq edildikdən sonra kağız reseptlərin istifadəsi tamamilə aradan qaldırılacaq:

"Hər kəs ölkə üzrə istənilən özəl və dövlət tibb müəssisələrində həkimdən elektron resept tələb edə bilər. Elektron reseptlərin ən böyük üstünlüyü təqvim sisteminin xəstəyə dərmanın qəbul vaxtı və dozası haqqında bildiriş göndərməsidir. Ölkə üzrə bütün tibb müəssisələrində elektron resept tətbiq edildikdən sonra kağız reseptlərin istifadəsi tamamilə aradan qaldırılacaq".

Xəbər xətti