Helsinki məhkəməsi "Eagle S" tankerinin həbsini təsdiqləyib

19:27 - 4 Fevral 2025 - DÜNYA

 Helsinki məhkəməsi Finlandiya körfəzində sualtı kabeli zədələməkdə şübhəli bilinərək saxlanılan “Eagle S” neft tankerinin həbsini qüvvədə saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yle portalı məlumat yayıb.

Tanker Finlandiya ərazi sularına aparılıb və Porvoo şəhəri yaxınlığında dayanıb.
Portalın qeyd etdiyi kimi, doqquz ekipaj üzvü əvvəllər səyahət qadağasına məruz qalmışdı. Daha sonra polis bir nəfərə qoyulan məhdudiyyəti aradan qaldırıb.

Xəbər xətti