Hədə-qorxu gələrək 100 min dollar tələb edənlər saxlanılıb

17:05 - 4 Fevral 2025 - HADİSƏ

Hədə-qorxu gələrək pul tələb edənləri polis saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, 31 yaşlı Gəncə şəhər sakini iki nəfərin ona hədə-qorxu gələrək 100 000 dollar tələb etməsi barədə polisə müraciət edib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 47 yaşlı H.Həsənov və 42 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla H.Həsənovun üzərinə keçirilən baxış zamanı ondan tramadol həbi və marixuana aşkar olunaraq götürülüb.

Xəbər xətti