İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb.
Bu barədə "Report"a aktrisanın qızı Nigar Tofiq məlumat verib.
Onun sözlərinə görə, anası artıq palata şəraitində müalicə alır: "Yəqin ki, yaxın zamanlarda evə buraxılacaq".
Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.