Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər hipersəs raketi ilə Təl-Əvivin Yaffa bölgəsinə hücum ediblər.
Unoqta.az xəbər verir ki, bu açıqlama ilə qiyamçıların hərbi nümayəndəsi Yəhya Səriya çıxış edib.
Sariya husilərə məxsus Əl Məsirə telekanalına açıqlamasında Raket Qüvvələri Fələstin 2 hipersonik raketindən istifadə edərək işğal altındakı Yaffa bölgəsində mühüm hədəfə hücum edərək əməliyyat keçirdiyini deyib.
Ənsar Allah sözçüsü bildirib ki, raket hədəfi uğurla vurub.