Daha bir marşrut xətti üzrə elektrobuslar fəaliyyətə başlayıb

11:46 - 1 Dekabr 2024 - AVTO

“Çinar Trans” MMC-nin istismarında olan 133 nömrəli marşrut xətti üzrə “Yutonq” markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub.

Xəbər xətti