Dubayda yerləşən Emirates aviaşirkəti Bağdada uçuşların ləğv edilməsini dekabrın 14-dək uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə aviaşirkət saytında məlumat yayıb.
Qeyd olunur ki, "Emirates"in Bağdada və oradan əks istiqamətə reysləri 14 dekabr 2024-cü il daxil olmaqla ləğv edilib.
Dubay-Bağdad marşrutu üzrə uçuşlar büdcəli “Flydubai” aviaşirkəti tərəfindən həyata keçirilir.
"Emirates" həmçinin xatırladıb ki, Beyruta uçuşlara məhdudiyyətlər dekabrın 31-nə qədər davam edir.