Paytaxtın Xətai rayonu ərazisində torpaq sürüşməsi baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat yayıb.
O bildirib ki, hazırda agentliyin mütəxəssisləri hadisə yerindədir: "Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək".