"Monako"nun futbolçuları Çempionlar Liqasının ilk turunda "Brügge" ilə səfər oyununa təyyarə problemi səbəbindən uça bilməyiblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə AD.nl məlumat yayıb.
Mənbənin sözlərinə görə, təyyarə yola düşməzdən əvvəl kondisioner problemi yaşayıb və çərşənbə axşamına qədər bu problem həllini tapmayıb.
"AS Monaco"nun sentyabrın 18-i səhər saatlarında Bruggeyə uçacağı gözlənilir.