Zelenski Tramp və Putinlə görüşməyə hazır olduğunu bildirib

00:00 - 17 Sentyabr 2025 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinlə “heç bir şərt olmadan” görüşməyə hazır olduğunu, lakin hələ də Moskvada görüşə razı olmadığını bildirib.

Ucnoqta.az xəbər verir ki, Zelenski bu barədə Sky News-a müsahibəsində deyib.
O, belə bir görüş üçün Moskvaya getməyə hazır olmadığını təkrar edərək, danışıqların başqa ölkədə keçirilə biləcəyini, amerikalılar və avropalılardan çoxlu təkliflərin olduğunu qeyd edib.

Xəbər xətti