Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb

20:21 - 16 Sentyabr 2025 - Xəbər

Paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxsi polis saxlayıb.

Bu barədə APA-ya DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.

Onun sözlərinə görə, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam edir.

Xəbər xətti