Bakı metrosunda uşaq səsi

17:58 - 30 May 2024 - Cəmiyyət

"Bakı metrosu" 1 iyun Uşaqları Beynəlxalq Müdafiəsi günü ərəfəsində artıq bir neçə ildir davam edən ənənəsinə sadiq qalıb.

Ucnoqta.az xəbər verir ki, qatar metro stansiyalarının platformasına yaxınlaşan və platformadan hərəkət edən zaman qatarın getdiyi istiqamət barədə məlumatlandırıcı səs hər iki dildə (Azərbaycan dili və İngilis dili) uşaq səsi ilə səsləndirilir.

Həmçinin metronun stansiyalarında, eskalatorda enib-qalxarkən metronun qaydaları və təhlükəsizlik barədə eşidilən elan da uşaqların dili ilə səsləndirilir.

Xəbər xətti