Bakı və Abşeronda avtobusların nağdsız ödənişə keçidi artıb

18:45 - 20 May 2024 - Xəbər

Bu ilin aprel ayına qədər Bakı şəhəri və Abşeron rayonunda sərnişindaşımanı həyata keçirən müntəzəm marşrut xətləri üzrə 1 824 avtobus nağdsız ödəniş sisteminə inteqrasiya edilib.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müüqayisədə 14,3 % çoxdur.

Belə ki, 2023-cü ilin aprel ayınadək Bakı və Abşeronda ümumilikdə 1 596 ədəd avtobus nağdsız ödəniş sisteminə inteqrasiya olunub.

Xəbər xətti