Azərbaycanda qadın hərbçilərin sayı açıqlandı

15:39 - 20 May 2024 - Cəmiyyət

Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilərın sayı açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib. 

Qeyd edilib ki, Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçular və mülki işçilər barədə məlumatlar aşağıdakı kimidir:

- zabit və gizir qadın hərbi qulluqçular – 321 nəfər;

- müddətdən artıq həqiqi hərbi xidmət edən qadın hərbi qulluqçular – 1667 nəfər;

- qadın mülki işçilər ‐ 10029 nəfər;

- rəhbər vəzifədə çalışan qadın hərbi qulluqçular ‐ 11 nəfər;

- rəhbər vəzifədə çalışan qadın mülki işçilər – 3 nəfər.

Xəbər xətti