İki qəsəbədə qaz olmayacaq

09:49 - 20 May 2024 - Xəbər

Bu gün Bakının iki qəsəbəsinin qaz təchizatında müvəqqəti yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Digah” Qazpaylayıcı Stansiyasından (QPS) qidalanan "Mayak” və "Pir” orta təzyiqli qaz kəmərlərinin, həmçinin “1 May” ölçü qovşağından qidalanan əhali qaz xəttinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması məqsədi ilə mayın 20-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Pirallahı və Nardaran qəsəbələrinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər xətti