"Fənərbağça"nın səfərdə "Qalatasaray"ı 2:1 hesabı ilə məğlub etdiyi matçdan sonra meydanda mübahisə düşüb.
Ucnoqta.az xəbər verir ki, "Fənərbaxça" prezidenti Əli Qoç, idarəçilər və futbolçular matç bitdikdən sonra yenidən sahəyə gələrək qeyd etməyə başlayıb.
Bu anda stadion qarışıb və "Qalatasaray"ın baş katibi Eray Yazgan, stadion meneceri və rəsmiləri və prezident Dursun Özbekin sürücüsü də döyülüb.