Qadınlar sakitcə xoruldayırlar

06:00 - 17 May 2024 - Cəmiyyət

Yuxu pozğunluqları ilə bağlı aparılan araşdırma təəccüblü bir həqiqəti üzə çıxarıb. Yüksək səslə xoruldama kişilərdə daha çox rast gəlinsə də, tənəffüsün dayanması kimi özünü göstərən yuxu apnesi daha çox qadınlara təsir edir.

Ucnoqta.az xəbər verir ki, Türk Torakal Dərnəyinin 'Türkiyə Yuxu Apnesi Məlumat Bazası' (TÜRKAPNE) araşdırması ölkəmizdə qadın və kişilərdə yuxu apnesinin təəccüblü nəticələrini ortaya üzə çıxarıb. 

7130 xəstə müayinə olunub
Yuxu apnesini yuxu zamanı tənəffüsün qəfil və təkrar-təkrar dayandığı ciddi bir yuxu pozuqluğu olaraq təyin edən prof. dr. Çağlar Çuhadaroğlu bu araşdırmanın əsas məqsədi yuxu apnesi xəstələrinin bütün simptomlarından qaynaqlanan şikayətlərini ortaya çıxarmaq olduğunu deyib. İkinci dərəcəli məqsəd isə yuxu apnesi ilə onun fenotipləri, metabolik və ürək-damar xəstəlikləri, həmçinin trafik arasındakı əlaqəni araşdırmaqdır. Araşdırmanın sonunda xoruldama və müşahidə edilən apnenin kişilərdə daha çox olduğu, qadınlarda isə, gecə tez-tez sidiyə getmə, yuxusuzluq, baş ağrısı, depressiv əhval-ruhiyyə və yuxu apnesinə bağlı depressiya olduğu bildirildi.
Milli böyük yuxu qrupunda qadınlar aşağı apne-hipopne indeksinə baxmayaraq yuxu keyfiyyətinin azalmasından daha çox şikayət edirdilər. 

"Kişilər yuxuda çox xoruldayır, lakin yuxu apnesi qadınlarda daha çox olur. Bunun səbəbləri nələrdir?". 
"Yuxu apnesi sindromunun ən çox tanınan əlaməti xoruldamadır. Bu, yalnız kişilərə aid bir xəstəlik kimi görünür. Ancaq araşdırmamızda qadınların səssizcə xoruldadığı görüldü. Simptomlar gündüz yuxululuq, yorğunluq, depressiya əhval-ruhiyyəsi və yuxusuzluq kimi yuxu apnesində görülə bilər. Bunun səbəbi qadınların üst tənəffüs yollarının daha qısa olmasıdır. Bu səbəbdən yuxu apnesində kişilərdə xoruldama və ya boğulma hissi yaşanır , halbuki qadınlar bu xəstəliyi fərqli şəkildə yaşayırlar" - dos. dr. Aylin Pıhtılı bildirib.

Xəbər xətti